Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.
Qaynarinfo xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann ilk "3-lüy"ü tamamlayıb.
Ötən gün "Formula 2"nin sərbəst yürüşündə Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
14.18
Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Qaynarinfo xəbər verir ki, mübarizəyə saa 14:15-də start verilib.
Ötən gün "Formula 2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şərhlər