Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Qaynarinfo xəbər verir ki, "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.
"İnvicta Racing"dən Leonardo Fornaroli ikinci, "Prema Racing"dən Qabriele Mini üçünce yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
14.00
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Qaynarinfo xəbər verir ki, mübarizəyə saat 14:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
10.46
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Qaynarinfo xəbər verir ki, "Rodin Motorsport"dan komandasından Alexander Dunne ən yaxşı nəticəni göstərib.
Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Şərhlər