Xəbər lenti

Fransada inkassatora hücum: Bir neçə milyon avro oğurlandı
Dünya 22:55 30.04.2024

Fransada inkassatora hücum: Bir neçə milyon avro oğurlandı

Fransanın cənub-şərq hissəsində oğrular nağd pul daşıyan inkassatoru qarət edərək, bir neçə milyon avro oğurlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Progres" qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə Lion şəhərinin Rilleux-la-Pape qəsəbəsində baş verib. Qara maskalı dörd cinayətkar iki avtomobillə inkassatorun qarşısını kəsərək sürücü və ekspeditoru odlu silahla hədələyərək maşından düşməyə məcbur ediblər. 

Hadisə yerində soyğunçuların istifadə etdiyi iki avtomobil və inkassator yandırılıb. Dörd şübhəli daha iki avtomobillə hadisə yerindən qaçıblar. Daha sonra avtomobillərdən birini də Rillieux-la-Pape qəsəbəsinin başqa ərazisində yandırdılar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hazırda axtarış aparılır. Oğruların bir neçə milyon avro apardığı bildirilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->