Xəbər lenti

Culian Assanc ABŞ-a ekstradisiya üzrə məhkəmədə qalib gəldi
Dünya 16:16 20.05.2024

Culian Assanc ABŞ-a ekstradisiya üzrə məhkəmədə qalib gəldi

Bu gün London Ali Məhkəməsinin hakimləri "Wikileaks”in təsisçisi Culian Assanvın ABŞ-a ekstradisiya edilib-edilməməsi məsələsi haqqında qərar verib.

Qaynarinfo xəbər verir ki, hakimlərin qərarına görə Culian Assanva ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verilib.

Bundan əvvəl Böyük Britaniya səlahiyyətliləri Assancı ABŞ-yə təhvil verməyəcəklərini, orada onun ölüm cəzası ilə üzləşmə ehtimalı olduğunu bildirmişdilər.

Qeyd edək ki, Assanca qarşı istintaq işi 2010-cu ildən, casusluq iitihamı üzrə başlayıb. Həmin ildə ona qarşı ABŞ tərəfindən casusluq, informasiyanın məxfiliyinin pozulması və ya məxfi məlumatların yayılması və digər maddələrlə ittiham irəli sürülüb. Bir qədər sonra, İsveç hüquq-mühafizə orqanları da Assanc barəsində cinsi istismara məruz qoymaq epizodu üzrə daha bir cinayət işi başlanıb.

O, 2010-cu ildə Böyük Britaniya ərazisində tutulub, bir qədər sonra isə 240 min funt-sterlinq girov müqabilində buraxılıb. 2011-ci ildə London məhkəməsi Assancın İsveçə təhvil verilməsinə qərar verib.

Bundan sonra Assanc  2019-cu ilin aprelinədək Ekvadorun Londondakı səfirliyində gizlənib. Həmin gün Ekvador ona siyasi sığınacaq verməkdən imtina edib və Assanc səfirliyin binasında polis tərəfindən saxlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->