İdman 13:44 31.10.2023

Gənc məşqçini çəkiclə döyərək öldürdülər (FOTO)

Avstraliyanın paytaxtı Sidneydə su polosu üzrə 21 yaşlı məşqçi Lili Ceyms döyülərək öldürülüb. 

Qaynarinfo-nun məlumatına görə, qətlin əsas şübhəlisi 24 yaşlı niderland əsilli Pol Tyissen təhlükəsizlik kamerasına düşüb. Avstraliya mediası Lilinin dəhşətli kəllə-beyin xəsarətləri ilə cəsədinin Müqəddəs Endryu Katedralı dövlət məktəbinin binasında tapıldığını bildirib. Ceymsin ölüm səbəbi meyitin yarılmasından sonra müəyyən ediləcək. Lakin polis onun aldığı xəsarətlərin dəhşətli təbiətinə görə bunun qətl olduğuna qərar verib.

Sübutlar isə Tyisseni göstərir. Katedralın təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə Tyissenin Ceymsi tualetə gedərkən izlədiyi görünüb. Bir saat sonra isə tualetdən çıxan kişi görünüb, qadın isə yox. Qatil olduğu iddia edilən Tyissen qızın ölümündən 4 saat sonra polisə zəng edərək hadisəni xəbər verib. Polis Tyissenin Vauklusdakı 'The Gap' adlanan qayalarının ətrafından zəng etdiyini, araşdırmalardan sonra həmin ərazidə onun bel çantası və şəxsi əşyalarını aşkarlayıblar.

Su polosu məşqçisini öldürmək üçün istifadə edilən silah ola biləcək çəkic də məktəbin yaxınlığındakı zibillikdə atılmış vəziyyətdə tapılıb.
 



Səbuhi Həsənov