Xəbər lenti

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi
Ölkə 10:43 02.09.2025

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Belə ki, F.Quliyevin rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4500, 4000, 2600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Fuad Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və o, məhkəmə qərarı ilə həbs olunub.

Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->