Gündəlik həyatımızda biz fərqinə varmadan çoxsaylı kimyəvi maddələrə məruz qalırıq. Bu maddələr bəzi hallarda sağlamlığa ciddi təsir göstərə, allergiya, nəfəs problemləri, ürək-damar xəstəlikləri və hətta xroniki xəstəliklərə səbəb ola bilər. Həm evdə, həm də işdə qarşımıza çıxan bu riskləri azaltmaq üçün bəzi sadə, amma effektiv üsullar mövcuddur.
Qaynarinfo "The Washington Post"a istinadən zərərli kimyəvi maddələrin təsirini azaltmaq üçün altı sadə tövsiyə təqdim edir
Su filtrləri quraşdırın – Çirklənmiş içməli suya qarşı ən sadə qorunma üsulu su filtri quraşdırmaqdır. Filtrlənmiş suyun istifadəsi plastik butulkalı sudan daha təhlükəsiz hesab olunur.
Plastik qabları şüşə ilə əvəz edin – İsti yeməkləri plastik qablara qoymaq və ya mikrodalğada isitmək mikroplastik və kimyəvi maddələrin qidaya keçməsinə səbəb olur. Şüşə qablar istifadə etmək tövsiyə olunur.
Bəzi dəniz məhsullarını az yeyin – Mikroplastik balıq və digər dəniz məhsullarına daxil ola bilər. Böyük yırtıcı balıqlardan, məsələn, tunadan az istifadə etmək tövsiyə olunur. Daha kiçik balıqlar, məsələn, alabalıq və ya ançousu, toksin səviyyəsi baxımından daha təhlükəsizdir.
Aromatizatorlardan istifadəni minimuma endirin – Hava təmizləyicilər, ətirli şamlar və ətirli yuyucu vasitələr formaldehid, benzol və digər uçucu üzvi maddələr buraxa bilər ki, bu da allergiya və nəfəs problemlərinə səbəb ola bilər. Sirkə kimi təbii alternativlərdən istifadə etmək olar.
Maska və hava təmizləyici istifadə edin – Zəhərli duman, smog və avtomobil qazları ürək və ağciyərlərə zərər verə bilər. Hava keyfiyyətinə diqqət edin, pisləşdikdə pəncərələri bağlayın, hava təmizləyici işə salın və N95 maska taxın.
Teflon qazan və tava istifadə etməyin – Teflon örtüklərdəki "əbədi kimyəvi maddələr” (PFAS) sağlamlığa zərərli ola bilər. Qablar cızıldıqda və ya köhnəldikdə PFAS qidaya keçə bilər. Onları dəmir və ya paslanmayan poladdan hazırlanmış qablarla əvəz etmək məsləhət görülür.
Bu sadə addımlar gündəlik həyatınızda zərərli kimyəvi maddələrin təsirini xeyli azalda bilər.
Günay
Şərhlər