Xəbər lenti

İdman 13:38 26.09.2023

Haland 882 milyonluq komandadan daha çox qol vurub

"Mançester Siti"nin hücumçusu Erlinq Haland vurduğu qolların sayı ilə liqanın önəmli komandalarını geridə qoyub.

Qaynarinfo-nun məlumatına görə, hətta "Mançester Yunayted” 882 milyon avroluq heyətinə baxmayaraq, Haaland qədər qol vura bilməyib. Ötən mövsüm meydana çıxdığı 35 oyunda matçında 36 qola və səkkiz məhsuldar ötürməyə imza atan norveçli statistikanı alt-üst edib. Bu mövsüm isə meydana çıxdığı altı oyunda hücumçu səkkiz qol və bir məhsuldar ötürmə ilə diqqət mərkəzindədir. 

Digər tərəfdən, cəmi altı həftə ərzində bu göstəriciyə nail olan 23 yaşlı hücumçu ilk altı turda 11 komandadan daha çox qol vurub. Bunlar arasında ən diqqət çəkəni "Mançester Siti”nin əzəli rəqibi" "Mançester Yunayted” olub . "Mançester Yunayted” komanda şəklində yeddi qol vurub. 

Səkkiz qol vuran Haalanddan geri qalan digər komandaların qol sayı aşağıdakı kimidir.

"Mançester Yunayted" -  7 
"Kristal Palas" - 6
"Fulhem" - 5 qol
"Nottingem Forest" - 7
"Çelsi" - 5
"Everton" - 5
"Vulverhempton" - 6 
"Bornmut" - 5 
"Luton Taun" - 3
"Börnli" - 4
"Şeffild Yunayted" - 5

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->