Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan narazılıq edən vətəndaşı qəbul edib.
	
Qaynarinfo-nun məlumatına görə, Sabirabad rayon sakini Ramazan Rzayev plakata bənzər məktubu ilə deputatın qəbuluna girib. 
 
	
O, icra başçısı və rayon bələdiyyə sədrinə olan etiraz məktubunu deputata oxutdurub . 
	
 
Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. 
	
Qeyd edək ki, Ramazan Rzayev Sabirabad rayonunda ağsaqqal bloger kimi tanınır. O, daimi rayonun sosial vəziyyəti ilə bağlı videolar paylaşır. 
	
Əhməd
 
Siraqəddin Cabbarov
             
            
Şərhlər