"Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu. Ən böyük beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası o vaxt Ermənistan qüvvələrinin bizim ərazidən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi, ancaq onlar kağız üzərində qaldı”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
Dövlət başçısı əlavə edib ki, ATƏT, digər beynəlxalq təşkilatlar çoxsaylı qətnamələr, qərarlar qəbul etsə də heç biri reallaşmadı: "O vaxta qədər ki, biz vəziyyəti öz əlimizə aldıq. Biz bunun öhdəsindən gələrək, ədaləti bərpa etdik, beynəlxalq hüquq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərqərar etdik. Ondan sonra biz sülhə nail olduq”.
Şərhlər