Xəbər lenti

İlin ilk 8 günündə doğum və ölüm nisbəti necə olub?
Ölkə 12:58 09.01.2026

İlin ilk 8 günündə doğum və ölüm nisbəti necə olub?

2026-cı ilin ilk 8 günü üzrə ölkədə qeydə alınan doğum və ölüm sayı hər kəsin marağında olan məqamdır. Bunu nəzərə alaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2026-cı ilin yanvar ayının ilk 8 günündə 1708 doğum faktı rəsmiləşdirilib. Eyni dövrdə ölkə üzrə 1406 ölüm halı qeydə alınıb.

Rəsmi məlumatlara əsasən, göstərilən müddətdə doğumların sayı ölümləri nisbətən üstələyib.
--> -->