Dünya 20:48 21.06.2022

İlon Maskın oğlu atasından və soyadından imtina etdi (SƏBƏB)

İlon Maskın oğlu soyadının dəyişdirilməsini istəyib.

İlon Maskın transseksual olan oğlu yeni cinsi kimliyinə uyğun olaraq adını dəyişmək üçün müraciət edib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Mən artıq bioloji atamla yaşamıram, onunla heç bir şəkildə və ya formada münasibət qurmaq istəmirəm. Mən atamdan və onun soyadından imtina etmək istəyirəm", - o deyib.

Adının və yeni cinsi şəxsiyyətini göstərən yeni doğum şəhadətnaməsinin dəyişdirilməsi ilə bağlı ərizə aprel ayında Santa Monikadakı Los Anceles Ali Məhkəməsinə göndərilib.

18 yaşlı kaliforniyalı Xavyer Aleksander Mask internetdə mövcud olan məhkəmə sənədlərinə əsasən, cinsini kişidən qadına dəyişməyi xahiş edıb. 

 Onun anası 2008-ci ildə Maskdan boşanmış Castin Uilsondur.

Bu işın səbəbləri müəyyən edilməyib, lakin bəzi KİV-lər onun bu qərarına səbəbin Maskın transseksualların hüquqlarını məhdudlaşdırmaq istəyən Respublikaçılar Partiyasını dəstəkləməsi ola biləcəyini ehtimal edir.

M.Arif