Xəbər lenti

İran Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq etdi - İsraili dəstəklədiyi üçün
Dünya 13:26 02.05.2024

İran Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq etdi - İsraili dəstəklədiyi üçün

İran Böyük Britaniyanın müdafiə naziri Qrant Şeppsi və Kiprdəki Akrotiri aviabazasını sanksiyalar siyahısına əlavə edib. Böyük Britaniya silahlı qüvvələrinin rəhbərləri, hava bazası komandirləri və üç şirkətə qarşı da sanksiyalar tətbiq edilib. Bu qərarın səbəbi Böyük Britaniyanın İsrailə dəstəyi olub. İran bunu "sülh və təhlükəsizliyə qarşı terror aktlarını təşviq etmək” kimi qiymətləndirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə  Tasnim agentliyi məlumat yayıb.

"İran İslam Respublikası Britaniya rejimi və adıçəkilən şəxslərin sionist rejimin törətdiyi terror aktlarını dəstəkləyici hərəkətlərini pisləyir. Onları Britaniya hakimiyyətinin terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərinin pozulması hesab edir və bəyan edir ki, Böyük Britaniyanın hərəkətləri BMT Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır”, - İran XİN-in bəyanatında deyilir. 

Məhdudiyyətlər Britaniya hərbi kəşfiyyatının rəhbəri Edrian Börd, Silahlı Qüvvələrin strateji komandanlığının rəhbəri Ceyms Hokkenhull və kral ordusunun digər yüksək vəzifəli şəxslərinə şamil edilib. Sanksiyalar Britaniyanın HMS Diamond esminesi, onun komandiri Piter Evans, həmçinin HMS freqatının komandiri Riçmond Riçard Kempə qarşı tətbiq edilib. Londona görə, gəmilər Yəmən husilərinin hücumları ilə əlaqədar Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->