Xəbər lenti

İrqçiliyə görə komandalarını çempionatdan çıxardılar
İdman 16:05 06.04.2024

İrqçiliyə görə komandalarını çempionatdan çıxardılar

"New York Red Bulls” oyunçularına qarşı irqi zorakılıq hadisəsindən sonra U-15 və U-17 komandalarını "Generation Adidas Cup” turnirindən çıxarıb.

Qaynarinfo-nun məlumatına görə, klubun nəzdindəki U-17 komandasının müdafiəçisi Erik Tay Xorvatiya təmsilçisi "Hayduk”un futbolçusunun irqçi təhqirlərinə məruz qalıb. "The Athletic”in xəbərinə görə, hakim bu səbəbdən "Hayduk”un futbolçusunu meydandan qovub.

Klub öz bəyanatında, "Rəqabətli oyun ətrafında ayrı-seçkiliyə yer yoxdur" - ifadələrini işlədib və komandalarını turnirlərdən kənarlaşdırdıqlarını elan ediblər.

ESPN-də yazılanlara görə, digər insident "New York Red Bulls”un qapıçısının"Monterrey”in futbolçusu tərəfindən qadağan olunmuş terminlər vasitəsilə irqçiliyə məruz qoyulması ilə bağlıdır. 

Gənc futbolçuların çıxış etdiyi "MLS Next” akademiyasının rəhbərliyi uşaqların yaşının az olması səbəbindən baş verənlərlə bağlı əlavə məlumat verilməyəcəyi bildirlib. 

Turnirin qalan hissəsində "MLS Next”, qadağan olunmuş terminlər və irqçi dil istifadə edildiyi təqdirdə rəsmilərdən matçları dayandırmağı tələb edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->