Xəbər lenti

İsa Həbibbəylinin qızı işdən çıxarıldı
phrase_var_qaynar. 16:06 25.08.2025

İsa Həbibbəylinin qızı işdən çıxarıldı

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub. 

Ədliyyə Nazirliyindən bildirilib ki, Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Əlavə olaraq da, deyilib ki, Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.

Qeyd edək ki, Günay Mənsimova akademik,  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızıdır.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->