Xəbər lenti

İsrail Qəzza zolağında Rəfah sərhəd-keçid məntəqəsini nəzarətə götürdü
Dünya 14:12 07.05.2024

İsrail Qəzza zolağında Rəfah sərhəd-keçid məntəqəsini nəzarətə götürdü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Rəfah sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib.

Qaynarinfo İDF-yə istinadla xəbər verir ki, hadisə yerində "əməliyyat nəzarəti” həyata keçirilir. Keçid məntəqəsinə xüsusi təyinatlılar nəzarət edəcək. Əməliyyata zirehli bölmələr cəlb olunub.

Bundan əlavə, Qəzza zolağının şimal və cənub hissələrini birləşdirən mərkəzi yol İsrailin nəzarəti altındadır.

İsrailin Ynet nəşri əməliyyat zamanı 20 terrorçunun öldürüldüyünü, tunelə üç girişin aşkar edildiyini yazır. Partlayıcı ilə doldurulmuş avtomobil də məhv edilib.
7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlıları İsrailə hücum edib. Bu, kütləvi raket zərbəsi ilə müşayiət olunub. Yolda yaraqlılar israilliləri qarət edib, zorlayıb və öldürüblər. Bundan sonra İsrail hakimiyyəti Qəzza zolağında hərbi əməliyyata başlamaq qərarına gəlib.

Altı ay sonra, aprelin 7-də İsrail müharibənin aktiv mərhələsini başa vurub və qoşunlarını Qəzza zolağının cənub hissəsindən çıxarıb, İDF isə Qəzza zolağının şimal və mərkəzi hissələrinin cənubuyla əlaqəsini kəsib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->