Xəbər lenti

Dünya 14:53 26.08.2023

"İstanbul zəlzələsi ən çox bu ərazilərə ziyan vuracaq" - Professor

"İstanbulda baş verə biləcək zəlzələ metropolon demək olar ki, bütün ərazilərini təsir edəcək".

Qaynarinfo xəbər verir ki, bunu geoloq, professor Şükrü Ersoy "Sabah” qəzetinə deyib.

"Daha əvvəl AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi-red.) İstanbulun mümkün zəlzələ riski altında olan bölgələrini açıqlamışdı. İstanbulun demək olar ki, bütün əraziləri mümkün zəlzələdən təsirlənsə də, torpağı zəif olan ərazilər zəlzələdən ən çox zərər çəkəcək. Zəlzələdən ən çox ziyanı onlar görəcək”, deyə Şükrü Ersoy bildirib.

Mütəxəssisin sözlərinə görə, ola biləcək güclü zəlzələdən xüsusilə Adalar, Avcılar, Baxçelievler, Bakırköy, Beylikdüzü, Büyükçekmece, Küçükçəkməcə, Maltəpə, Tuzla, Üsküdar, Zeytinburnu, Sultanbəyli və ətraf məhəllələr daha çox zərər çəkəcək.

İstanbul sakinlərinin hara köçməli olduğu sualını cavablandıran Ersoy "Heç yerə köçməyə ehtiyac yoxdur” cavabını verib.

"Biz heç yerə köçməyəcəyik. Olduğumuz yerdə təhlükəsiz yerlər yaradacağıq", deyə professor bildirib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar, ardınca yüzlərlə təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 55 mindən çox insan həyatını itirib.

Bu günlərdə geoloqlar İstanbulda güclü zəlzələ ilə bağlı proqnoz verib. Artıq Türkiyə hökuməti və İstanbul rəhbərliyi qəzalı vəziyyətdə olan binaların siyahısını hazırlayır. 

İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu şəhər rəhbərliyinin zəlzələyə hazırlıq planlarını təqdim edərək bunun qaçılmaz olduğunu, lakin lakin dəqiq tarixinin proqnozlaşdırmaq mümkün olmadığını bildirib. Meriyanın məlumatına görə, 7,5 bal gücündə zəlzələ zamanı ən azı 90 min bina dağılacaq, 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı ola bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->