İdman 16:41 01.12.2023

Keçmiş futbolçudan "Fərnərbağça" ilə "Beşiktaş"ın nəticələrinə maraqlı reaksiya

Türkiyənin məşhur veteran futbolçusu Nihat Kahveci qardaş ölkə klubları "Beşiktaş" və "Fənərbağça"nın ötən gün Konfrans Liqasında göstərdiyi pis nəticələrə münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə, İstanbul təmsilçilərinin bərbad nəticələri "Beşiktaş" Türkiyə millisnin keçmiş ulduzunu çox əsəbiləşdirib. Kahveci canlı yayımda iki komandanın nəticələrinə göstərdiyi reaksiyaya bir az da yumor əlavə edib. 

"NutSpor"da çıxış edən Kahveci bunları deyib:

"Saat 20:50-dən başlayaraq, cümə günü saat 01:00-a qədər qol buraxdıq! Bu qədər qol buraxmaqla çəkdiyimiz zərəri izah edə bilmirəm. Heç bir bəhanə yoxdur, biabırçılıqdır. Bəli, vacib oyunçular yox idi, amma bunlar mənim üçün bəhanə deyil". 

Konfrans Liqasında "Beşiktaş" doğma meydanda "Brügge"yə 0:5, "Fənərbağça" isə səfərdə "Norşellan"a 1:6 hesabı ilə uduzaraq azarkeşlərini məyus edib.

Səbuhi Həsənov