Məşhur festfud restoranlar şəbəkəsi KFC-nin Azərbaycandakı restoranlarında satılan məhsulların qiyməti qonşu ölkələrdəki analoji qiymətlərdən yüksəkdir.
Yeniavaz.com xəbər verir ki, Bakıda fəaliyyət göstərən KFC restoranlarında ən çox satılan məhsullardan biri olan orta ölçülü “kartof çubuqları”nın (“Orta Fri Kartofu”) qiyməti 5,5 manat (3,2 dollar), 0,5 litrlik klassik “Coca-Cola”nın qiyməti isə 3,9 manat (2,3 dollar) təşkil edir.
Müqayisə üçün bildirək ki, qonşu ölkələrdə – Gürcüstan, Ermənistan və Türkiyədə fəaliyyət göstərən KFC restoranlarında eyni məhsulların qiyməti Azərbaycandakı qiymətlərdən aşağıdır.

Şərhlər