İdman 12:12 23.02.2024

Komanda avtobusuna bomba ilə hücum etdilər

Braziliyada Nordeste Kuboku çərçivəsində baş tutan "Sport Recife" - "Fortaleza" matçından sonra xoşagəlməz hallar yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, matçdan sonra "Sport Recife" azarkeşləri qonaq komandanın avtobusuna hücum ediblər. Nəticədə "Fortaleza”nın altı üzvü yaralanıb və xəstəxanaya aparılıb. Hücum zamanı azarkeşlər avtobusa daş və bomba atıblar. Hücumun Atakadao dos Presentes yaxınlığındakı Kurado məhəlləsi ətrafında baş verdiyi bildirilib.

"Fortaleza"nın prezidenti Marselo Paz hücumdan sonra verdiyi açıqlamada hadisənin günahkarları yaxalanana qədər oyuna çıxmayacaqlarını bildirib. O, açıqlamasında "Bu, qətlə cəhd idi” - sözlərini söyləyib və futbolçulardan Qonzalo Eskobarın bədəninə 13 tikiş vurulduğunu bildirib.

Görüş 1:1 hesabı ilə nəticələnib.
 


Səbuhi Həsənov