Xəbər lenti

Komanda Putinin ofisindən verilib: Danilov SES-in partladılmasının detallarını açdı
Dünya 16:50 07.06.2023

Komanda Putinin ofisindən verilib: Danilov SES-in partladılmasının detallarını açdı

Rusiya işğalçıları çərşənbə axşamı, iyunun 6-da Vladimir Putinin ofisindən əmr aldıqdan sonra Kaxovka Su Elektrik Stansiyasını partladıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov "Azadlıq” radiosuna şərhində bildirib. O deyib ki, düşmən qəsdən suyu şişirdib, onun səviyyəsini maksimuma çatdırıb ki, partlayışdan sonra maksimum zərər dəysin.

"...saat 2:50-də bəndi rus terrorçuları hesab edirik ki, əvvəlcədən - ötən ilin sentyabr-oktyabr aylarında qoyulmuş partlayıcı ilə partladıblar. Çox güman ki, Moskvanın göstərişi ilə bütün bunlar dünən baş verib...” - rəsmi qeyd edib.

Onun sözlərinə görə, bəndin zədələnməsi düşmənin planlaşdırılmış əməliyyatıdır: 

"...bunun elə dünən baş verməsi Rusiya hərbçilərinin niyyətinin bu olduğunun daha bir sübutudur və bu terror aktı üçün əmr birbaşa Kremldən, Putinin ofisindən verilib, başqa səviyyələrdə belə göstərişlər verilmir..."

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->