Xəbər lenti

Dünya 15:04 23.03.2024

"Krokus Siti Holl"da ölənlərin sayı 143-ə çatıb (YENİLƏNİB)

Moskvada martın 22-də "Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

Qaynarinfo xəbər verir ki, mənbələr "Baza” "Telegram" kanalına ölü sayının 143-ə çatdığını bildirib.

Ölü sayının daha da artacağı ehtimal edilir.

14.15

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Qaynarinfo xəbər verir ki, Rusiya İstintaq Komitəsi "Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

12.27
 
Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

09.59
 
Moskva vilayətində "Krokus Siti Holl"da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "112” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->