Xəbər lenti

Macarıstan hədələdi, Bolqarıstan geri çəkildi: Parlament tariflərin ləğvinə səs verdi
Dünya 14:46 18.12.2023

Macarıstan hədələdi, Bolqarıstan geri çəkildi: Parlament tariflərin ləğvinə səs verdi

Bolqarıstan parlamenti Rusiya qazının tranziti üçün artırılan tariflərin ləğvinə səs verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, bu qərar Macarıstan hökumətinin Bolqarıstanı ölkənin "Şengen”ə daxil olmasına veto qoyacağı ilə hədələməsindən sonra qəbul edilib.
Xatırladaq ki, oktyabrın 14-də Bolqarıstan hakimiyyəti Rusiya qazının ölkə ərazisindən tranziti üçün tarifləri artırdığını açıqlayıb. İdxalçılar və qaz nəqli təşkilatlarının Rusiya xammalının idxalı və tranziti üçün (1 MVt/saat üçün 20 lev və ya min kubmetr üçün 111 dollar) rüsum ödəyəcəkləri planlaşdırılırdı.

2011-ci ildən Bolqarıstan Şengen zonasına daxil olmağa çalışır. 2022-ci ilin dekabrında onun müraciəti Avstriya tərəfindən rədd edilib. 2023-cü il dekabrın 7-də Avropa Parlamenti Bolqarıstanın üzvlük üçün bütün şərtlərə cavab verdiyini bəyan edib və Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasını ərizəni qəbul etməyə çağırıb. Dekabrın 10-da Avstriya Bolqarıstanı hava limanlarında pasport nəzarətinin olmamasını nəzərdə tutan "hava Şengeninə” qoşulmağa dəvət edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->