Dünya 18:56 04.05.2023

Macarıstanın Baş naziri Trampa səsləndi: “Cənab prezident qayıdın”

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması üçün ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması zəruridir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"Əminəm ki, əgər Tramp bu gün prezident olsaydı, Avropa və Ukraynaya ziyan vuran müharibə olmazdı”, - Macarıstanın Baş naziri bildirib.
 
Orban Trampı "geri qayıtmağa” çağırıb.

"Cənab prezident qayıdın, Amerikanı yenidən möhtəşəm edin və bizə sülh gətirin!" - dedi.

Orbanın sözlərinə görə, "mütərəqqi xarici siyasət deyilən siyasət bizi həmişə müharibəyə sürükləyir”.

Orban liberalizmi "bioloji silah”la müqayisə edib.

Macarıstanın baş naziri deyib ki, "hər şey azadlıq haqqında bəyanatlarla başlayır, insanın liberal şəkildə yenidən tərbiyəsi ilə davam edir, xaos və çaşqınlıqla bitir”.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsinə "nail olacağını” bildirib. O, həmçinin Rusiyanın Ukraynanın bir hissəsini ələ keçirməsinə "icazə verəcəyini” bildirib.

Nizami Bağırov