Xəbər lenti

İdman 10:50 01.12.2023

"Mançester Siti"nin də xalları silinə bilər

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti"yə qarşı 2009/2010 mövsümündən bəri 115 dəfə maliyyə qaydalarını pozduqları səbəbilə açılan istintaqla bağlı yenilik var. 

Qaynarinfo-nun məlumatına görə, Premyer Liqa rəhbərliyi ilə "Mançester Siti"nin gələn il keçiriləcək dinləmə üçün razılığa gəlib.

"Daily Mail"də yer alan xəbərlərə görə, 2024-cü ilin son aylarında keçirilməsi gözlənilən ilk məhkəmə iclasında "Mançester Siti”nin təqsirli bilinəcəyi təqdirdə, "Everton”da olduğu kimi, xal cəzası ilə üzləşəcəyi gözlənilir.
Liverpul təmsilçisinin 2021/2022 mövsümündə maliyyə qaydalarını pozduğuna görə 10 xalı silinmişdi. 

Araşdırmalarda, klubun müvafiq dövrdə 124,5 milyon funt-sterlinq itirdiyini etiraf etdiyi, icazə verilən limitin isə 105 milyon funt olduğu vurğulanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->