Dünya 16:29 31.01.2023

Mansur Yavaş geri çəkildi: Ərdoğanın rəqibi kim olacaq?

"Altılı Masa”nın prezidenliyə namizədi Kamal Kılıcdaroğlu olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyədə müxalifətin əsas namizədlərindən olan Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşın Kılıcdaroğlunun lehinə namizədlikdən imtina etməsi fonunda "Altılı Masa”nın vahid namizədinin kim olacağına aydınlıq gətirərkən deyib.

"Hazırda Türkiyədə rəsmi ana müxalifət Xalq Cümhuriyyət Partiyasıdır. İstər parlamentdə təmsilçilik, istərsə də böyük şəhərlərdə bələdiyyə başqanları olması baxımından pasrtiya iqtidara əsas rəqib siyasi təşkilatdır. 



"Aıtılı Masa”da prezidentliyə namizədlər arasında adıçəkilən üç mümkün namizədin hamısı ana müxalifət partiyasından olanlardır - Əkrəm İmamoğlu, Mansur Yavaş və Kamal Kılıcdaroğlu. İmamoğlu bəlli səbəblərdən namizəd ola bilməyəcək. Mənsur Yavaşın Kılıcdaroğlunun xeyrinə namizədliyini geri götürməsi o anlama gəlir ki, "Altılı Masa”nın namizədi qismində ikincinin şansları daha yüksəkdir. Bu mənada, böyük ehtimalla 13 fevralda "Altılı Nasa”nın adını açıqlayacağı vahid namizədi elə Kamal Kılıcdaroğlunun özü olacaq”, deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri, müxalif "Altılı Masa”da ən şanslı mümkün namizədlərdən biri olan Mənsur Yavaş paytaxtda parkın təməlqoyma mərasimində Kamal Kılıçdaroğluna işarə edərək, namizədliyini dəstəkləyib: "İnşallah, buranın açılışını da hamımız birlikdə edərik. Arzumuz odur ki, bura prezident olaraq gələsiniz”.

Rüfət Sultan