Naxçıvanda məktəb direktoru avtoqəzada ölüb.
Qaynarinfo xəbər verir ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib.
Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı. O, AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur.
Şərhlər