Bakıda məsciddə nəzir qutusundan pullar oğurlanıb. 
	
Qaynarinfo-nun məlumatına görə, hadisə "Sahibəzzaman” məscidində baş verib. 
	
Məscidin axundu Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, naməlum şəxs tərəfindən nəzir qutusundan 90 manat pulun oğurlandığını bildirib.
 
	
Polisin apardığı araşdırma zamanı oğurluğu 1985-ci ildə Gəncə şəhərində anadan olmuş Tacəddin (şərti) tərəfindən törədildiyi məlum olub. 
O, saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
	
Məhkəmənin qərarı ilə Tacəddin İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 2 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib. Həbsetmənin əvvəli 7 may 2023-cü il, saat 21:00-dan hesablanıb.
	
Əhməd
             
            
Şərhlər