Xəbər lenti

Məşhur aktrisanın ölüm xəbəri yayıldı, amma...
Maqazin 13:25 23.10.2025

Məşhur aktrisanın ölüm xəbəri yayıldı, amma...

91 yaşlı fransız aktrisası və model Brijit Bardo ölüm xəbərləri ilə bağlı yayılan şayiələrə emosional reaksiya verib.

Qaynarinfo xəbər verir ki, 1950-ci illərin ulduzu uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq öz ölümünə dair iddiaları təkzib edib. 

"Daily Mail"in məlumatına görə, bir neçə gün əvvəl fransız influenser "AQABABE" sosial şəbəkələrdə Brijit Bardonun guya uzunmüddətli müalicədən sonra vəfat etdiyini və yaxınlarının artıq dəfn mərasiminə hazırlaşdığını yazmışdı: "Eksklüziv məlumatıma görə, Brijit Bardo vəfat edib. Onun tabutu Sen-Pol-de-Jarrada sifariş olunub".

Daha sonra bu paylaşımlar silinib və Brijit Bardo özü sosial şəbəkədə açıqlama verib. Fransız kino ulduzu feyk xəbərlərə sərt reaksiya göstərib, pərəstişkarlarını sakitləşdirərək hələ dünyadan köçməyə hazır olmadığını bildirib:

"Bilmirəm, mənim ölümüm haqda bu saxta xəbəri hansı axmaq yayıb, amma bilin ki, mən yaxşıyam və həyatdan getmək fikrim yoxdur. Qulağı olan eşitsin".

Xatırladaq ki, ayın əvvəlində Brijit Bardo ciddi cərrahiyyə əməliyyatı keçirmiş və bir müddət həkim nəzarətində olmuşdu. Bir neçə həftəlik müalicədən sonra o, xəstəxanadan evə buraxılıb.

"Mme Bardo evinə qayıdıb və hazırda dincəlir. Onun vəziyyəti stabildir", deyə aktrisanın nümayəndəsi "Daily Mail"ə açıqlamasında bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->