Video 15:53 13.09.2023

Məşqçidən Sahil Babayevə müraciət: “Şərəfim üzərinə and içirəm ki...” (VİDEO)

Boks üzrə məşqçi Ramil Məmmədzadə Azərbaycan Boks Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib.

Qaynarinfo xəbər verir ki, o, "Instagram" hesabında yaydığı videomüraciətdə federasiyadakı əskikliklərdən danışıb, vəziyyətin yaxşı olmadığını bildirib.

"Sahil Babayev federasiyaya bir ildən çoxdur gəlib. İlk gündən üzərinə düşən vəzifəsini əlindən gəldiyi qədər yerinə yetirir. O gələndən sonra federasiyadakı özbaşınalıq və pul yeyintilərinin qarşısını aldı. Maaş alanları, məşqçiləri, idmançıları sistemə keçirdi. Bununla da heç kimin əlinə nağd pul dəymədi. Yəni hər kəs köçürmə sistemindədir və hamısı da şəfaf şəkildə həyata keçirilir. Bu, Boks Federasiyası üçün böyük bir inqilabdır. Çünki orda olan adamların necə xarakterdə adam olduqlarını bilsəz, mənim nədən söhbət etdiyimi çox gözəl bilərsiz”, deyə Ramil Məmmədzadə bildirir.

Məşqçinin videomüraciətini təqdim edirik: