İdman 13:52 08.03.2024

Messinin adını çəkdi, əsirlikdən xilas oldu

Lionel Messinin adını çəkən bir argentinalı qadın Qəzzada HƏMAS girovluğundan xilas olub. 

Qaynarinfo-nun məlumatına görə, 90 yaşlı Ester Kunio oktyabrın 7-də İsrailin Nir Oz şəhərindəki evinə silahlı basqın nəticəsində ailəsi ilə birlikdə girov götürülmə təhlükəsi ilə üzləşib.

Basqın zamanı silahlı şəxslər Esterlə dialoq apararaq ona bəzi suallar veriblər. Lakin hər iki tərəf bir-birinin dilini tam başa düşmədiyindən Ester hansı ölkədən olduğunu təsvir etmək məcburiyyətində qalıb. O, Lionel Messinin adını çəkməklə silahlı şəxslərə Argentinadan olduğunu başa salmağa çalışıb. Bu addımı onun işinə yarayıb və Messinin fanatı olan silahlı şəxs Esteri qaçırmaqdan vaz keçib. Hətta onunla şəkil də çəkdirib.

"Fuente Latina"ya danışan Ester "Ona ispan dilində nəsə dedim, amma cavabını başa düşmədim. Mənim ərəb və ibrani dillərim çox kasaddır. O, məndən nə danışdığımı soruşdu. Ona dedim: "Futbolu izləyirsən? Mən Messinin ölkəsindənəm". Təəccübləndi və Messini sevdiyini söylədi. Qolumu qucaqladı, silahını mənə verdi və sülh işarəsi göstərərk şəkil çəkdirdi" deyib.

Ancaq Ester özü xilas olsa da, nəvələri Qəzzada girov götürülüb: "Kaş ki, Messi onun adını çəkməklə özümü xilas etdiyimi biləydi. İndi girov olan nəvələrimi də Messi xilas edərdi. Ondan Allaha dua etməsini istəyərdim".

Esterin hekayəsi böyük marağa səbəb olsa da, Messidən hadisə ilə bağlı hələlik heç bir təsdiq yoxdur. 

Səbuhi Həsənov