Xəbər lenti

NATO-nun Vilnüs sammitini NASAMS kompleksi qoruyacaq - ABC
Dünya 16:07 21.06.2023

NATO-nun Vilnüs sammitini NASAMS kompleksi qoruyacaq - ABC

İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı İspaniya ora qonşu Latviyadakı Lielvarde hərbi bazasından NASAMS zenit-raket kompleksi göndərəcək.

Qaynarinfo bu barədə İspaniyanın ABC nəşrinə istinadən xəbər verir.

NASAMS batareyası ilə birlikdə NATO sammitinin təhlükəsizliyini təmin etmək üçün 85-ə yaxın ispan hərbi qulluqçusu da Latviyadan Litvaya gedəcək.

"NATO-nun Vilnüs sammitinin müdafiəsinə verilən bu töhfə bizim etibarlılığımızı, digər NATO sistemləri ilə uyğunluğumuzu və Şimali Atlantika Alyansına sadiqliyimizi nümayiş etdirir”, deyə İspaniya hərbi mənbələri bildirib.

İspaniya NASAMS kompleksini Latviyada 2022-ci ilin iyununda yerləşdirib.

Bundan əvvəl Almaniya NATO sammitini qorumaq üçün özünün "Patriot” hava hücumundan müdafiə sistemini Slovakiyadan Litvaya köçürəcəyi bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->