Xəbər lenti

NATO Ukraynaya qoşun göndərməkdən imtinanı bəyannaməyə daxil edəcək
Dünya 16:28 08.05.2024

NATO Ukraynaya qoşun göndərməkdən imtinanı bəyannaməyə daxil edəcək

NATO-nun iyulda keçiriləcək sammitində qəbul olunacaq bəyannamədə Ukrayna müharibəsində iştirak etmək üçün qoşun göndərməkdən imtinanı açıq şəkildə bəyan etmək planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Corriere della Sera” artıq hazırlanmış yekun bəyannaməyə istinadən yazır.

Bundan əlavə, nəşrin məlumatına görə, bəyannamədə Şimali Atlantika Alyansından Ukraynaya hərbi yardımın koordinasiyasının indi olduğu kimi Pentaqonun rəhbəri Lloyd Ostinin deyil, NATO-nun Brüsseldəki qərargahının olacağına işarə edilir. "Corriere della Sera” qeyd edir ki, Ukraynaya yardımın əsas hissəsi ABŞ tərəfindən deyil, Alyansın digər üzvləri tərəfindən verilir. Nəşr yazır ki, bu addımın siyasi izahı da var, NATO strukturları tərəfindən yardımın koordinasiyası "həm cəmiyyətin, həm də Vladimir Putinin gözündə daha demokratik görünəcək”.

Nəşr qeyd edir ki, digər məsələlərdə NATO-nun Ukraynaya kömək etmək və Rusiyanın yaratdığı təhlükənin qarşısını almaq üçün yanaşması dəyişməyəcək. Xüsusilə, Şimali Atlantika Alyansı şərq sərhədlərini möhkəmləndirməyə davam edəcək ki, ehtiyac yarandığı halda 300 minə qədər hərbçi tez bir zamanda "Baltikyanı ölkələrdən Bolqarıstana qədər” ərazini tez müdafiə edə bilsin.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->