Xəbər lenti

Nazir: Bu il 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq
Ölkə 11:42 18.03.2026

Nazir: Bu il 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq

"İlkin araşdırmalarımız göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Ona görə də Mədəniyyət Nazirliyi sistemində uzun müddətdir ki, həyata keçirilməyən bilik və bacarıqların ölçülməsi prosesinə başlamaq önəmli idi. Bunu attestasiya ilə müəyyən etmək mümkün idi. İlk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilib". 

Qaynarinfo xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib.

Nazir bildirib ki, bu il 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq: 

"Artıq fevral ayından bu prosesə başlanılıb. Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq".

Adil Kərimli qeyd edib ki, ötən il attestasiya prosesində iştirak edən təxminən 4 min müəllimin 80 faizi bu mərhələni uğurla keçib:
 
"Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqoji potensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydın şəkildə ortaya qoymuşdur". 

Qafqaz Rafiqoğlu

--> -->