Bu gün Azərbaycanın xarici valyuta resursları 74 milyard dollardan artıqdır
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisib bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki 2024-cü ildə də "Böyük qayıdış" proqramı uğurla icra edildi. Bu icra çərçivəsində 15 mindən çox vətəndaşımız doğma yurdlarında məskunlaşdılar. Eyni zamanda ölkəmizin müdafiə qabiliyyəti gücləndirildi:
"2024-cü ilin büdcəsi həm gəlir, həm də xərclərin icrasında müsbət dinamika göstərməklə yanaşı, eyni zamanda imkan verdi ki, Azərbaycan öz ehtiyatlarını daha da artırsın. Bu gün Azərbaycanın xarici valyuta resursları 74 milyard dollardan artıqdır. Bu, getdikcə daha da artırılacaq. İnanıram ki, qısa müddətdən sonra növbəti ilin büdcəsinin müzakirəsinə başlayacayıq".
Qafqaz Rafiqoğlu
Şərhlər