Xəbər lenti

İdman 20:58 13.04.2024

"Neftçi" evdə, "Turan Tovuz" səfərdə qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. 49-cu dəqiqədə "Qəbələ"nin futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə isə Belajdi Pusi görüşdə son nötqəni qoyub.

Günün ikinci matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib. "Neftçi Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə bitib.

Birinci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol 

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Turan Tovuz" 42 xalla 5-i, 32 xala malik Naxçıvan təmsilçidi 8-ci, 15 xalı olan "Qəbələ" sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->