"Neftçi”nin iki aya yaxındır danışıqlar apardığı İdrissa Dumbiya Azərbaycana gəlib.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi klubun şəraiti ilə yaxından tanışlıq, həmçinin yerində danışıqlar aparmaq üçün ölkəmizə təşrif buyurub.
"Neftçi” bu futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə bağlamaq istəyir. Bu zaman kəsiyində normal təsir bağışlasa, iyunda sözləşməsi daha birillik uzadılacaq.
Yayda "Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır. İdrissa Dumbiya əvvəllər "Anderlext”, "Sportinq”, "Ueska”, "Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.//Bizim.Media
Şərhlər