"Neftçi" Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.
	
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
	
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
	
Qeyd edək ki, Filip Ozobiç "Neftçi"nın mövsümlər arası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. "Ağ-qaralar" daha əvvəl "Səbail"dən Emil Balayevlə müqavilə bağlayıb.
	
             
            
Şərhlər