Xəbər lenti

Nəqliyyatda ictimai asayişi yalnız polis təmin etməlidir - Ekspert
Ölkə 12:08 20.05.2025

Nəqliyyatda ictimai asayişi yalnız polis təmin etməlidir - Ekspert

"Belə hallarda avtobus sürücüsü hüquq-mühafizə orqanlarına müraciət etməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Qarayev Bakıda avtobusda əlində bıçaq, o tərəf-bu tərəfə gedərək sərnişinləri qorxudan qadından danışarkən deyib. 

Ekspert bildirib ki, nəqliyyatda ictimai asayişi yalnız polis təmin etməlidir:

"Sürücü yalnız polisə müraciət etməlidir".

Qeyd edək ki, Bakıda ictimai nəqliyyata bıçaqla minən qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bahar Rüstəmli


--> -->