Xəbər lenti

Şolts Avropa Parlamentinə seçkilərdə sağçıların qələbəsindən qorxur
Dünya 17:17 07.04.2024

Şolts Avropa Parlamentinə seçkilərdə sağçıların qələbəsindən qorxur

Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə sağ populistlərin qələbəsi təhlükəsi barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"Sağ populistlər bizim birləşmiş Avropamıza qarşı kampaniya aparırlar. Uşaqlarımız üçün tikdiklərimizi məhv etməyə hazırdırlar, onlar qaçqınlara və azlıqlara qarşı hissləri alovlandırırlar", deyə Şolts bildirib.

Onun sözlərinə görə, populizm və avtokratlara ən yaxşı cavab, problemləri həll edə bilən çiçəklənən Avropanı nümayiş etdirmək olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->