Xəbər lenti

Dünya 18:58 05.03.2024

"Şolts Putin üçün şahmat taxtasında fiqura çevirilib"

"Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putin üçün şahmat fiquruna çevrilib".

Qaynarinfo xəbər verir ki, bunu Almaniya Xristian Demokratik Birlik Partiyasının (CDU) rəsmisi Yohann Vadefull deyib. O, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Şolts "Taurus" raketlərini göndərməkdən imtina edərək yerə yatdı. O, deyəsən başa düşmür ki, bu, onu Putinin şahmat taxtasındakı ən yaxşı fiqur halına salıb", deyə Vadeful bildirib.

CDU nümayəndəsinin sözlərinə görə, Rusiya Almaniya kanslerini eyhamlar və təhrif olunmuş izahatlarla çaşdırmaq istəyir ki, Şolts sonda Ukraynaya raket verməkdən imtina etsin. 

Digər partiya üzvü Norbert Röttgen isə qeyd edib ki, alman zabitləri arasında sızdırılmış söhbətə görə, Ukrayna əsgərləri "Taurus" raketlərini özləri idarə edə biləcəklər və bu da Şoltsun ​​əsas arqumentini təkzib edir. Şolts bəyan edib ki, mərmilərlə birlikdə Almaniyadan Ukraynaya mütəxəssislər göndərilməli olacaq və bu, münaqişənin gərginləşməsinə səbəb ola bilər.

Martın 1-də "Rossiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan "VKontakte” sosial şəbəkəsindəki səhifəsində alman zabitləri arasında söhbətin stenoqramını dərc edib. Onlar Kiyevin Krım körpüsünü və silah-sursat anbarlarını vura bilməsi üçün Ukraynanı uzaqmənzilli "Taurus” raketləri ilə təchiz etmək variantlarını müzakirə ediblər. Amerikanın "Politico” nəşri yazıb ki, hadisədən sonra "Taurus"un Kiyevə çatdırılma ehtimalı xeyli azalıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->