Dünya 11:17 12.11.2022

Şoltsdan Putinə: “Siz sadəcə flomasterlə bir ərazini işarələyib deyə bilməzsiniz ki...”

Rusiyanın Ukraynaya qarşı açdığı müharibə istənilən diplomatik yaxınlaşmanın qarşısını alır.
 
Bu barədə Qaynarinfo Almaniya kansleri Olaf Şoltsun RND telekanalının təşkil etdiyi müzakirə zamanı bəyanatına istinadən xəbər verir.
 
"Hazırda yaşadığımız bu qanlı müharibə ilə Putin, ilk növbədə, danışıqlar baxımından əvvəllər baş verən hər şeyin qarşısını aldı”, - deyə siyasətçi bildirib.
 
Şolts Rusiyanın şərtləri ilə atəşkəsə qarşı çıxıb və vurğulayıb ki, hər şeydən əvvəl Kreml diktatorun sülh ideyasının heç bir yerə aparmayacağını dərk etməlidir.
 
"Siz sadəcə flomasterlə ərazini çəkib deyə bilməzsiniz ki, bura indi mənimdir. Ona görə də diktatura dünyası olmayacaq, fərqli anlayış olmalıdır", - Almaniya kansleri vurğulayıb.
 
O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən az əvvəl Moskvada Putinlə necə danışıqlar apardığını da xatırladıb.

Həmin vaxt Putin Şoltsdan tələb edib ki, Ukraynada "Moskvanı təhdid edən raketlər olmamalıdır”, "Ukrayna NATO-ya daxil olmamalıdır”, həmçinin "Ukraynanın şərqindəki bəzi regionların statusu olmalıdır”.
 
"Orada rol oynayan səbəblərdən heç biri bu müharibəyə haqq qazandıra bilməzdi, çünki həqiqətən heç nə baş verməyib", - alman siyasətçi əlavə edib.

Nizami Bağırov