Xəbər lenti

Orta məktəblərdə biznes dərsləri keçirilə bilər? (ŞƏRH)
Ölkə 20:21 24.10.2023

Orta məktəblərdə biznes dərsləri keçirilə bilər? (ŞƏRH)

"Azərbaycan ümumtəhsil müəssələrində biznes əsaslı dərslərin keçirilməsi çox vacibdir”. 

Bu sözləri Valyuta.az-a təhsil məsələləri üzrə ekspert Elmin Nuri "Azərbaycanda bizneslə bağlı məktəblərdə şagirdlərə ilkin biliklər verilə bilərmi” sualına cavab verərkən deyib.

Elmin Nuri deyib ki, burda nəzərə alınmalı nüanslar var:

"Həmin dərslər mütləq praktiki, maraqlı, modern qaydalara əsasən müasir metodlarla keçirilməlidir. Bu zaman həmin dərslər effekt verəcək, əks halda bu fənlərin keçirilməsi ilə keçirlməməsi arasında heç bir fərq olmayacaq. Bizdə bir müddət orta məktəblərdə İqtisadiyyatın əsasları fənni tədris olunurdu. Bu dərs şagirdlər tərəfindən sevilmədi, qəbul edilmədi, ümumiyyətlə bu fənnin varlığı nəzərə çarpmadı. Lakin burda söhbət iqtisadiyyatdan gedirdi. İqtisadiyyatın zamanı və dəyəri ölçülə bilməz. O məktəblərə yol tapmalı, oyun əsaslı, praktika əsasında keçirilməli idi. Biz isə kifayət qədər ağır, akademik dillə yazılmış, terminlərlə əhatə olunmuş kitabı dərslik kimi çap etdik. Bu kitab 9-11-ci siniflər arasında tədris olunurdu. Biznes praktikanı, əyaniliyi, maraqlı yanaşmanı, kreativliyi sevir. Bu ideaları uşaqlara yansıtmaq, bundan sonra biznes əsaslı maraqlı dərslər keçmək olar”. 

Həmsöhbətimiz vurğulayıb ki, orta məktəblərdə keçirilən bu dərslər gələcəyin iqtisadçılarını, maraqlı iqtisadi layihələrini üzə çıxara bilər, lakin bununla bağlı həll olunmalı məsələlər var:

"İlk olaraq bu biznes dərslərinin ayrıca fənn kimi tədris olunması yoxsa, dərsdən kənar dərnək kimi tədris olunması müəyyənləşdirilməlidir. Mən bunu ayrıca "biznes və innovasiya” fənni kimi tədris edilməsinin tərəfdarı olardım. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünya üçün biznes və innovasiyadan önəmli nə ola bilər? İstənilən universitetdə iqtisadiyyat əsaslı fakültələr var, təkcə UNEC-də müxtəlif ixtisaslar üzrə iqtisadçılar əmək bazarına buraxılır. Bu insanların hamısı iqtisadiyyatla məşğuldurmu? Onların bəziləri də məktəblərdə bu fənləri keçsinlər. Universitetlərdə sırf pedoqoji əsaslı iqtisadiyyatla bağlı ixtisaslar açılmalıdır ki, bu ixtisasları bitirənlər də məktəblərdə fənni tədris edərək, gələcək innovativ sistemə fayda versinlər. Artıq məktəblilər günəş enerjisinin, külək enerjisinin iqtisadiyyata çevrilməsini, startup və iqtisadi əlaqələri öyrənsinlər”.

"Dekabr ayında STEAM Azərbaycan festivalı keçiriləcək. Belə olan halda hansı festivaldan danışmaq olar? Axı STEAM yaradıcı, kreativ bir modeldi. Biz bu tədrisin son nəticəsini əmək bazarına hesablamırıqsa, onun hansı uğurundan danışa bilərik. Elə şərait yaradılmalıdr ki, məktəblər də əmək bazarı üçün özüözünü tənzimləsin”, deyə ekspert əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->