Sənət 10:05 20.05.2022

“Oturub evdə televizora baxırmış…” - Xalq artistinə ağır itki

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayevə ağır itki üz verib.
 
Qaynarinfo xəbər verir ki, aktyorun qardaşı Süleyman Abdullayev dünyasını dəyişib.

Kazım Abdullayev Qaynarinfo-ya açıqlamasında qardaşının infarkt keçirdiyini deyib:

"61 yaşı vardı, oturub evdə televizora baxırmış, elə oradaca qalıb”.
 
Bahar Rüstəmli