Xəbər lenti

Politico: Şolts
Dünya 14:35 07.03.2024

Politico: Şolts "sülh kansleri" kimi görünmək istəyir

Almaniya kansleri Olaf Şolts son zamanlar özünü "Sülh kansleri” (Friedenskanzler) kimi təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.
 
Bu qənaətə Bundestaqın deputatı Aksel Şeferin (Almaniya Sosial Demokrat Partiyası, SPD) müsahibəsi əsasında gəlinib.

"Biz seçicilərə SPD sülh partiyası olduğumuzu deyəcəyik. Bizim "sülh kansleri”miz var”, - Şefer "Tagesspiegel”ə müsahibəsində deyib. 

"Friedenskanzler” ləqəbi tez-tez Villi Brandta istinad etmək üçün istifadə olunur. O, 1969-1974-cü illərdə kansler vəzifəsində çalışıb, əvvəllər vitse-kansler və xarici işlər naziri olub. Nobel Sülh Mükafatı laureatıdır.

"Politico” hesab edir ki, Olaf Şolts Rusiyanın qisas almasından qorxduğu üçün Ukraynanı uzaqmənzilli "Taurus” raketləri ilə təmin etmir. "Leopard” tankları ilə bağlı da oxşar narahatlıqlar var idi; qərar yalnız ABŞ-ın öz tanklarını təmin edəcəyinə söz verdikdən sonra qəbul edilib. Bu həftənin əvvəlində dərc edilən sorğuya görə, almanların 60%-i "Taurus”un Ukraynaya tədarükünə qarşıdır. Fevralda bu göstərici 49% təşkil edib.

"Politico” həmçinin tədarük çatışmazlığını Almaniya ilə Rusiya arasında münasibətlərin tarixi - İkinci dünya müharibəsi, eləcə də Almaniyanın şərqində Rusiya Federasiyasına daha müsbət münasibətlə izah edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->