Xəbər lenti

Premyer Liqa:
Ölkə 21:30 23.01.2026

Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə etdi

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Neftçi" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra "Neftçi" 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.
--> -->