İdman 09:11 12.05.2022

Premyer Liqa tarixinin ən yaxşı solaxay hücumçuları

Uzun illər ərzində Premyer Liqa öz unikal oyunu, texniki bacarığı və innovasiyaları ilə tanınmış xeyli məşhur futbolçular görüb. Futbolçular anadangəlmə sol və ya sağ ayaqları ilə zərbə vurmaq qabiliyyəti ilə doğulurlar, lakin bəziləri hər ikisindən zərər görmədən istifadə edə biləcək qədər bacarıqlıdırlar.

Qaynarinfo, Premyer Liqanın beş ən yaxşı solaxay hücumçusunu xatırladır.

Daniel Starric
 


Starricin təkrarlanan zədələri onun karyerasına mane olsa da parlaq oyunçulardan idi. O, Premyer Liqada 22 qol vurduğu "Liverpul”un heyətindəki ilk mövsümündə xeyli diqqət çəkmişdi. 

Starric iki fərqli Premyer klubunun - "Çelsi” (2011-2012) və "Liverpul”un (2018-2019) heyətində Çempionlar Liqasının qalibi olan ilk ingilisdir. Lakin o, heç bir final matçında meydana çıxmayıb.

Olivye Jiru
 


Jiru dünyanın ən etibarlı hücumçularından sayılır. O, iki London klubu, "Arsenal” və "Çelsi”də oynaması ilə də diqqət çəkir. "Arsenal”ın formasını geyindiyi müddətdə karyerasının zirvəsini yaşadı deyə bilərik. "Topçular”ın heyətində 253 oyunda  105 qola imza atan Jiru bir dəfə "FA Kuboku” və üç dəfə "Community Shields”i başı üzərinə qaldırıb.

Romelu Lukaku
 


Belçikalı öz nəslinin ən böyük hücumçularından biri hesab olunur. O, Premyer Liqada 100-dən çox qol vuran nüfuzlu oyunçuların siyahısındadır. 2011-ci ildə 18 yaşındaykən "Çelsi"də Premyer Liqa macərasına başlayıb. Lakin əsas komandada məhdud çıxışlar səbəbindən effekti hiss olunmadı. Bu isə növbəti mövsümdə onun "Vest Bromviç”ə icarəyə verilməsinə səbəb oldu.

Robbi Fauler
 


Şübhəsiz, "Liverpul”un heyətində oynamış ən böyük oyunçulardandır. 183 qolla (Premyer Liqada 128) Mersisayd klubu tarixində ən çox fərqlənən futbolçudur. Fauler "Mançester Siti” və "Lids”dəki oyunları ilə tamaşaçılara zövq verirdi. 

Robin Van Persi
 


Robin Van Persi öz nəslinin ən böyük hücumçularından biri hesab olunur. O, iki fərqli klubun - "Arsenal” və "Mançester Yunayted”in heyətində Premyer Liqada "Qızıl buts”u qazanan azsaylı oyunçulardandır.

Van Persi "Arsenal” (96) və "Mançester Yunayted”də (48) ümumilikdə 144 dəfə fərqlənərək Premyer Liqada bütün zamanların ən çox qol vuran oyunçuları sıralamasında 13-cü yeri tutur. O, "Emirates” Stadionunda ən çox qol vuran futbolçu ünvanına sahibdir.

Səbuhi Həsənov