Xəbər lenti

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
Ölkə 22:15 20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin.

Qaynarinfo xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib ki, biz de-fakto olaraq birtərəfli şəkildə dəhlizləri Ermənistan üçün açdıq. "Bəli, hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. "Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil".
--> -->