Xəbər lenti

Prezidentin köməkçisi:
Siyasət 11:15 17.08.2023

Prezidentin köməkçisi: "BMT TŞ-nin müzakirələri kimin real və davamlı sülh istədiyini nümayiş etdirdi"

BMT Təhlükəsizlik Şurasında dünən keçirilən müzakirələr bir daha göstərdi ki, kim suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Twitter"də yazıb.

Mövsümovun sözlərinə görə, dünənli müzakirələr bir daha nümayiş etdirdi ki, kimlər boş qisas ümidləri ilə zaman qazanmaq üçün "humanitar fəlakət” tamaşaları oynamaqda davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->