Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan Türkiyə-Ermənistan münasibətləri barədə açıqlama verib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qondarma erməni soyqırımının ildönümü münasibətinə "1915 Abidəsi"ndə təşkil edilən mərasimə qatılan nazir mətbuat nümayəndələrinin suallarına cavab verib. Mnatsakanyan rəsmi Ankara ilə münasibətlərin düzəlməsi üçün qarşı tərəfdən müsbət addım atılmadığını bildirib. Erməni nazir həmçinin diplomatik əlaqələrin qurulması üçün Türkiyədən 1915-ci il hadisələrini soyqırım kimi tanınmasının tələb edilmədiyini vurğulayıb.
Gülşən
Şərhlər